Əsas Səhifə > Dünya idmanı > “Qalatasaray”dan ayrıldı, “Fənərbaxça”ya gedir

“Qalatasaray”dan ayrıldı, “Fənərbaxça”ya gedir


31-01-2019, 05:38


“Qalatasaray” futbolçusu Sərdar Azizlə yollarını ayırıb.

BrendSport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, 28 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.

2016-cı ildən “Qalatasaray”da forma geyinən Sərdar “Fənərbaxça” klubuyla razılaşıb. Türkiyə millisinin üzvünün keçidinin rəsmən açıqlanacağı gözlənilir.


Geri qayıt