Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Liverpul", PSJ və "Tottenhem" 1/8 finalda, "Qalatasaray" Avropa Liqasında



Çempionlar Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarına start verilib.

BrendSport.az xəbər verir ki, ilk oyun günündə 8 görüş keçirilib.

Türkiyə təmsilçisi "Qalatasaray" öz meydanında "Portu"nu qəbul edib. “Sarı-qırmızılar” qələbə qazanacağı təqdirdə, Avropa Liqasına vəsiqəni təmin edəcəkdi. Lakin İstanbul klubu bu görüşdə məğlub olsa belə, Avroliqaya vəsiqəni təmin edib. Buna qrupun digər matçında "Lokomotiv"in "Şalke" ilə səfər oyunundan məğlub olması şərait yaradıb.

B qrupunda "Barselona" “Tottenhem”i sınağa çəkib. London təmsilçisi bu matçda qələbə qazanacağı təqdirdə, növbəti mərhələyə yüksələcəkdi. "Barsa" isə artıq bu işin öhdəsindən gəlmişdi. Qrupun digər matçında "İnter" PSV ilə qarşılaşıb. Hər iki oyun 1:1 hesabıyla başa çatıb. Nəticədə, "Barselona" və "Tottenhem" 1/8 finala yüksəlibsə, "İnter" Avropa Liqasına vəsiqə ilə kifayətlənib.

Günün maraqla gözlənilən qarşılaşması C qrupunda olub. “Liverpul” “Napoli” ilə münasibətlərinə aydınlıq gətirib. “Liverpul”u bu görüşdə yalnız qələbə qane edirdi. Liverpullular minimal hesabla qalib gəlməklə istəklərinə çatıblar. Qrupun digər matçında PSJ səfərdə “Srvena Zvezda”ya qalib gəlib. Yekunda PSJ və "Liverpul" növbəti mərhələyə yüksəlib, "Napoli" isə Avroliqaya yollanmaq məcburiyyətində qalıb.

Çempionlar Liqası qrup mərhələsi, 6-cı tur

11 dekabr

D qrupu

Qalatasaray (Türkiyə) - Portu (Portuqaliya) 2:3

Qol: Fequli, 45-pen. E.Derdiyok, 65 - Felipe, 17. Mareqa, 42-pen. Oliveyra, 57.

Şalke (Almaniya) - Lokomotiv (Moskva, Rusiya) 1:0

Qol: Şöpf, 90.



A qrupu

Monako (Fransa) - Borussiya (Dortmund, Almaniya) 0:2

Qol: R.Gerrero, 15; 88.

Brügge (Belçika) - Atletiko (Madrid, İspaniya) 0:0



B qrupu

İnter (İtaliya) - PSV (Eyndhoven, Hollandiya) 1:1

Qol: İkardi, 73 - Lozano, 13.

Barselona (İspaniya) - Tottenhem (İngiltərə) 1:1

Qol: Dembele, 7 - Moura, 85.



C qrupu

Srvena Zvezda (Serbiya) - PSJ (Fransa) 1:4

Qol: Qobelyiç, 56 - Kavani, 10. Neymar, 40. Markinyos, 74. Mbappe, 90.

Liverpul (İngiltərə) - Napoli (İtaliya) 1:0

Qol: Salah, 34.



Bombardir: Robert Levandovski (Bavariya), Lionel Messi (Barselona) - 6 qol.


Facebook-da paylaş

Xəbəri paylaş