Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Real"da gözlənilən oldu - baş məşqçi qovuldu



"Real" baş məşqçisi Xulen Lopeteqi ilə müqaviləyə vaxtından əvvəl xitam verib.

Klubun rəsmi saytında yayılan xəbərə görə, klubun Direktorlar Şurası bu qərarı Madrid klubunun nəticələrinin qənaətbəxş olmaması ilə bağlı qəbul edib. Baş məşqçinin vəzifələrini müvəqqəti olaraq bundan əvvəl "Real Madrid Kastilyo"nun çalışdırmış Santyaqo Solari icra edəcək.

"Real" oktyabrın 28-də "Barselona" ilə keçirilən "El klasiko" matçında 1:5 hesabı ilə məğlub olub. Komanda keçirdiyi son 7 oyundan 5-də məğlub olub və 10 turdan sonra ölkə çempionatında 9-cu yerdə qərarlaşıb.

Lopeteqi komandaya 2018-ci ilin iyununda gətirilib. O bu postda Zinəddin Zidanı əvəz edib.


Facebook-da paylaş

Xəbəri paylaş