Çempionatın ikinci sensasiyalı nəticəsi İsveçrədən gəldi - YENİLƏNİR
Bu gün DÇ-2018-in qrup mərhələsinin 1-ci turunun daha 3 oyunu keçiriləcək.
Günün ilk oyununda E qrupunda Kosta-Rika ilə Serbiya milliləri üz-üzə gəliblər. Gərgin keçən oyunda Serbiya 1:0 hesabı ilə qələbə qazanıb.
Bu oyundan sonra meydana dünya nəhənglərindən olan son çempion Almaniya Meksika ilə "Lujniki" stadionunda qarşılaşıb. Bütün oyunu yüksək səviyyədə keçirən və yaxşı müdafiə olunan meksikalılar Almaniyanı devirərək (1:0) növbəti tur üçün böyük uğur əldə ediblər.
Günün son oyununda isə Braziliya ilə İsveçrə üz-üzə gəlib. Oyunun aşkar favoriti Braziliya olsa da, İsveçrə güclü rəqibindən 1 xal ala bilib. Beləliklə, Braziliya-İsveçrə oyunu 1:1 bərabərliklə başa çatıb.
17 iyun
E qrupu
16:00. Kosta-Rika - Serbiya 0:1
Qol: Aleksandr Kolarov, 57
Samara. "Samara Arena”
22:00. Braziliya - İsveçrə 1:1
Qol: Koutinyo, 20 (1:0), Stiven Suber, 50 (1:1)
Rostov-Donu. "Rostov Arena”
F qrupu
19:00. Almaniya – Meksika 0:1
Qol: İrvinq Losano, 35
Moskva, "Lujniki"
Facebook-da paylaş