Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Maklaren” “Red Bull”un sirrini axtarır



“Formula-1” üzrə “Maklaren” komandasının rəhbəri Andrea Stella “Red Bull” komandasının yenilənmiş bolidində diqqət çəkən detal barədə danışıb.

BrendSport.az
xəbər verir ki, Mayami Qran-prisinə bir çox komanda böyük yenilənmə paketi ilə gəlib. “Maklaren” və “Red Bull” da bu siyahıda yer alıb.

İlk baxışda ən çox diqqət çəkən məqam “Red Bull”un arxa qanadla bağlı yeni tapıntısı olub. Amma Andrea Stella üçün əsas maraqlı detal bolidin yan hava kanallarıdır. O, bu dizaynı “çox maraqlı” adlandırıb.

Stellanın sözlərinə görə, “Red Bull”un seçdiyi konsepsiya “Mersedes”, “Ferrari” və “Maklaren”in yanaşmasından fərqlənir. Mütəxəssis hesab edir ki, komandalar hələ eyni texniki istiqamətə yaxınlaşmayıblar.

“Maklaren” rəhbəri bildirib ki, qarşıdakı mərhələdə komandalar bir-birinin yeniliklərini daha diqqətlə izləyəcək. Onun fikrincə, hər komanda “Red Bull”un bu həllini araşdıracaq və onun üstünlüklərini anlamağa çalışacaq.

Stella “Red Bull”un bəzi texniki imkanlardan ağıllı və yenilikçi şəkildə istifadə etdiyini də vurğulayıb. O hesab edir ki, əvvəlki illərdə bolidlər bir-birinə daha çox bənzəsə də, indi komandalar arasında hələ ciddi fərqlər var.


Facebook-da paylaş

Xəbəri paylaş