Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Rassel rəqiblərinin sürətindən narahatdır



“Mercedes” komandasının pilotu Corc Rassel Mayami Qran-prisinin sprint sıralanma mərhələsində rəqiblərinin göstərdiyi performansa təəccüblənib. Britaniyalı sürücü “McLaren” və “Ferrari”nin yeni təkmilləşdirmə paketləri sayəsində əldə etdikləri irəliləyişi yüksək qiymətləndirib.

BrendSport.az
xəbər verir ki, hər iki rəqib komanda Mayamiyə genişmiqyaslı yeniliklər gətirib.

Xüsusilə “Ferrari”nin tətbiq etdiyi 11 fərqli yenilik, o cümlədən yeni arxa qanad onlara ön sıralarda mübarizə aparmaq imkanı yaradıb. Sıralanma mərhələsində Lando Norris birinci, Oskar Piastri üçüncü, Şarl Lekler isə dördüncü nəticəni göstərib.

Rasselin komanda yoldaşı Kimi Antonelli ikinci yeri tutsa da, Corc özü yalnız altıncı ola bilib. O, hətta “Red Bull” pilotu Maks Ferstappendən də geri qalıb.

“Mercedes” komandası özünün növbəti böyük yeniliklər paketini yalnız Kanada Qran-prisində təqdim etməyi planlaşdırır. Rassel bildirib ki, təkərlərin həddindən artıq qızması və maşının balansı ilə bağlı problemlər yaşaması rəqiblərin fonunda geri qalmasına səbəb olub.


Facebook-da paylaş

Xəbəri paylaş