Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Barselona”nın təcrübəli müdafiəçisi klubu tərk etməyə hazırlaşır



İspaniyanın “Barselona” futbol klubunun mərkəz müdafiəçisi Andreas Kristiansen, görünür, komandada son mövsümünü keçirir. Danimarkalı futbolçunun müqaviləsi yayda başa çatır və yeni anlaşmanın şərtləri üzrə razılıq əldə olunmayıb.

BrendSport.az
xəbər verir ki, “Sport” nəşrinin məlumatına görə, 30 yaşlı oyunçunun gələcəyi getdikcə daha çox sual doğurur və ayrılıq ehtimalı artır.

Kataloniyalılar futbolçuya maaşın ciddi şəkildə azaldılmasını nəzərdə tutan yeni müqavilə təklif etsə də, bu variant müdafiəçini qane etməyib.

Andreas Kristensen dizindən aldığı zədə səbəbindən dekabr ayından bəri meydana çıxmır. O, 2022-ci ilin ortalarında İngiltərənin “Çelsi” klubundan azad agent kimi "Barselona"ya keçmişdi.


Facebook-da paylaş

Xəbəri paylaş