NBA: “Qolden Steyt-Uorriorz” ardıcıl dördüncü qələbəsini qazanıb

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha yeddi qarşılaşma keçirilib.
BrendSport.az xəbər verir ki, “Qolden Steyt-Uorriorz” evdə “Mayami Hit”i qəbul edib. Görüş meydan sahiblərinin 135:112 hesablı qalibiyyəti ilə başa çatıb. Bu, komandanın müntəzəm mövsümdə ardıcıl dördüncü qələbəsi olub.
Hazırda “Qolden Steyt-Uorriorz” Qərb, “Mayami Hit” isə Şərq Konfransının turnir cədvəlində səkkizincidir.
Matçların nəticələri
“Vaşinqton Uizards” - “Los-Anceles Klippers” – 106:110
“San-Antonio Spörs”- “Yuta Caz” – 123:110
“Bruklin Nets” - “Finiks Sanz” – 117:126
“Qolden Steyt-Uorriorz” - “Mayami Hit” – 135:112
“Nyu-York Niks” – “Dallas” – 97:114
“Filadelfiya” – “İndiana Peysers” – 113:104
“Detroit Pistons” - “Boston Seltiks” – 104:103.
Facebook-da paylaş





















