NBA: "Nyu Orleans Pelikans" uğursuz seriyaya son qoyub

ABŞ-ın Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm mövsümündə daha dörd oyun keçirilib.
BrendSport.az xəbər verir ki, “Hyuston Rokets” “Los Anceles Klippers”i 115:113 hesabı ilə məğlub edib.
“Nyu Orleans Pelikans" “Portlend Treyl Bleyzers”ə 143:120 hesabı ilə qalib gəlib və 7 oyunluq məğlubiyyət seriyasına son qoyub.
“Denver Naqqets” “Sakramento Kinqs”dən (136:105), “Miluoki Baks” isə “Boston Seltiks”dən (116:101) üstün olub.
Facebook-da paylaş





















