Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqasının final oyunu zamanı təhlükəsizliyi 10 min polis qoruyacaq



Kiyev polisi mayın 26-da “Olimpiya” stadionunda keçiriləcək UEFA Çempionlar Liqası finalının astanasında gücləndirilmiş iş rejiminə keçib.

NewsOne telekanalına istinadla xəbər verir ki, həmin gün Ukrayna paytaxtının küçələrində asayişi azı 10 min polis təmin edəcək. Polis qüvvələrindən əlavə, Ukrayna Milli Qvardiyasının döyüşçüləri, həmçinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları da şəhərdə təhlükəsizliyin təmin edilməsinə cəlb olunacaqlar.

Finalın bilavasitə iştirakçıları – “Real” və “Liverpul” klublarını isə UEFA-nın Təhlükəsizlik Xidməti və milli polis dəstələri qoruyacaq.

Qeyd edək ki, Ukrayna hökuməti Kiyevdə keçiriləcək futbol üzrə Çempionlar Liqasının finalına 50 minə yaxın qonağın gələcəyini gözləyir.


Facebook-da paylaş

Xəbəri paylaş