DÇ-2026: Bu gün Avropa zonası üzrə 6 oyun keçiriləcək

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyunlar keçiriləcək.
BrendSport.az xəbər verir ki, azarkeşlər 6 qarşılaşmaya şahidlik edəcəklər.
Almaniya millisi doğma meydanda Slovakiya, Niderland yığması isə Litva kollektivini qəbul edəcək. Günün bütün görüşləri Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
DÇ-2026, seçmə mərhələ
17 noyabr
A qrupu
23:45. Almaniya - Slovakiya
23:45. Şimali İrlandiya – Lüksemburq
Xal durumu: Almaniya - 12, Slovakiya - 12, Şimali İrlandiya - 6, Lüksemburq - 0.
G qrupu
23:45. Niderland - Litva
23:45. Malta – Polşa
Xal durumu: Niderland - 17, Polşa - 14, Finlandiya - 10, Malta - 5, Litva - 3.
L qrupu
23:45. Çexiya - Cəbəllütariq
23:45. Monteneqro – Xorvatiya.
Xal durumu: Xorvatiya - 19, Çexiya - 13, Farer Adaları - 12, Monteneqro - 9, Cəbəllütariq - 0.
Facebook-da paylaş





















