İspaniya millisi ciddi itki ilə üzləşib

"Barselona"nın futbolçusu Dani Olmo İspaniya millisinin məşqi zamanı zədələnib.
BrendSport.az xəbər verir ki, yarımmüdafiəçiyə sol baldır əzələsində zədə diaqnozu qoyulub. O, müalicə üçün bu gün kluba qayıdacaq.
Qeyd edək ki, İspaniya millisi DÇ-2026-nın seçmə mərhələsində bu gün Gürcüstanla qarşılaşacaq.
Facebook-da paylaş
