İkiqat Olimpiya çempionu dirəklə tullanma üzrə dünya rekordunu 14-cü dəfə yeniləyib

İsveçli ikiqat Olimpiya çempionu Armand Duplantis dirəklə tullanmada 14-cü dəfə yeni dünya rekordu müəyyənləşdirib.
BrendSport.az xarici xəbər verir ki, o, buna Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən dünya çempionatında 6,30 metr hündürlüyə tullanmaqla nail olub.
İdmançı üçüncü cəhdində rekord hündürlüyə çatıb. Onun əvvəlki rekordu bu ilin avqust ayında reallaşıb - 6,29 metr.
Qeyd edək ki, A.Duplantis Tokioda 3-cü dəfə dünya çempionu olub.
Facebook-da paylaş
