Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib



İyunun 15-də Futbol üzrə Avropa çempionatında daha bir oyun keçirilib.

BrendSport.az
xəbər verir ki, B qrupunun ilk matçında İspaniya və Xorvatiya komandaları üz-üzə gəlib. Görüş ispanların 3:0 hesablı

qələbəsi ilə yekunlaşıb. Qolları Alvaro Morata, Fabian Ruiz və Dani Karvaxal vurublar.

B qrupunun ikinci oyunu İtaliya ilə Albaniya yığmaları arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

Günün ilk görüşü B qrupunda baş tutub. İsveçrə Macarıstanı 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, dünən turnirin açılış oyununda Almaniya Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.


Facebook-da paylaş

Xəbəri paylaş