Çempionlar Liqası: “Arsenal” və “Barselona” bu gün səfər oyununa çıxacaqlar
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün son iki görüş keçiriləcək.
BrendSport.az qarşılaşmalar Portuqaliya və İtaliyada baş tutacaq.
“Portu” doğma meydanda “Arsenal”ı qəbul edəcək. “Barselona” isə İtaliyada “Napoli”nin qonağı olacaq.
UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
21 fevral
00:00. “Portu” (Portuqaliya) – “Arsenal” (İngiltərə)
Baş hakim: Sərdar Gözübüyük (Niderland).
Portu, “Draqau” stadionu.
00:00. “Napoli” (İtaliya) – “Barselona” (İspaniya)
Baş hakim: Feliks Zvayer (Almaniya).
Neapol, “Dieqo Maradona” stadionu.
Qeyd edək ki, bu cütlərdə cavab oyunları martın 12-də keçiriləcək.
Facebook-da paylaş