“Lev Yaşin” mükafatının qalibi açıqlanıb
“Qızıl top”un təltifetmə mərasimində “Lev Yaşin” mükafatı öz sahibini tapıb.
BrendSport.az xəbər verir ki, Argentina millisinin qolkiperi Emiliano Martines mükafatın qalibi olub.
Səsvermənin nəticəsinə əsasən, Ederson (“Mançester Siti”, İngiltərə) ikinci, Yassin Bunu (“Əl-Hilal, Səudiyyə Ərəbistanı) isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, ötən il bu mükafata Tibo Kurtua layiq görülüb.
Facebook-da paylaş