UEFA Gənclər Liqası: "Qəbələ"nin növbəti mərhələdəki rəqibi bəlli olub
"Qəbələ"nin U-19 komandasının UEFA Gənclər Liqasının II mərhələsindəki rəqibi bəlli olub.
BrendSport.az xəbər verir ki, "qırmızı-qaralar" bu raundda Yunanıstanın "Olimpiakos" klubu ilə üz-üzə gələcək.
Afina təmsilçisi İtaliyanın "Leççe" kollektivini iki oyunun (3:1, 3:1) nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, "Qəbələ" I mərhələdə Macarıstanın “Puşkaş Akademiya” komandasını üstələyib. Evdə rəqibi ilə heç-heçə (1:1) edən U-19, səfərdə minimalhesablı qələbəyə sevinib - 1:0.
Facebook-da paylaş