Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayır


“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.

BrendSport.az
xəbər verir ki, Çempionlar yolunda qüvvəsini sınayacaq “qırmızı-qaralar” I mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya” ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.

Matçı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın referisi Sayat Karabayev, yan xətt hakimləri Timur Tursumbayev və Yevgeni Karlov olacaqlar. Dördüncü hakim funksiyasını Azərbaycanın FIFA referisi Tural Qurbanov yerinə yetirəcək.

AFFA-nın təşkil etdiyi Gənclər kubokunun qalibi olan “Qəbələ” UEFA Gənclər Liqasında iştirak üçün 20 futbolçu sifariş edib: Məmməd Muradov, Həbib Hüşənov, Nuğay Rəşidov, Fuad Əhmədov, İbrahim Ramazanov, Ravil Qafarov, Eşqin Əhmədov, Okan Təhməzli, Sənan Ağalarov, Şahin Şahniyarov, Kənan Baxışov, Xəyyam Məmmədli, Rüfət Bədəlzadə, Qədir Ramazanov, Rəvan Əsədov, Cuma Hüseynov, İlkin Budaqov, Elnur Mustafayev, Ceyhun Bağırzadə, İslam Abdüləzizov.

Bu, “Qəbələ”nin turnirdə 6-cı startıdır. Yarışda 2016/17 mövsümündə debüt edən komandamızın daha bir cəhdi koronovirus pandemiyası səbəbindən 2020/2021-ci illər mövsümünün ləğvinə görə baş tutmayıb.

UEFA Gənclər Liqası

Çempionlar yolu, I mərhələ

İlk oyun, 4 oktyabr

16:00. “Qəbələ” (Azərbaycan) – “Puşkaş Akademiya” (Macarıstan)

Baş hakim: Sayat Karabayev

Baş hakimin köməkçiləri: Timur Tursumbayev, Yevgeni Karlov (hamısı Qazaxıstan)

Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan)

Qəbələ şəhər stadionu

Xatırladaq ki, komandalar arasında cavab oyunu oktyabrın 25-də Macarıstanda keçiriləcək. Bu cütün qalibi növbəti raundda "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.


Facebook-da paylaş

Xəbəri paylaş