Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qəbələ” komandası Kiprdə ilk məşqinə çıxıb



“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası Kiprə yollanıb. Komandamız UEFA Gənclər Liqasının Çempionlar yolunun birinci mərhələsində APOEL ilə qarşılaşacaq.

BrendSport.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda Kiprdə ilk məşqinə çıxıb. Hazırlıq prosesində U-19-un səfərə yollanan 18 futbolçusu iştirak edib. Bunlar Vüsal Məsimov, Rüstəm Nuruyev, İdris İnqilablı, Fərid İsgəndərov, Nicat Oruclu, Nicat Əliyev, Təbriz İsazadə, Xəyal Muradov, Məhəmməd Məhərrəmov, Əli Mürsəlov, Müşfiq Nadirov, Əmrah Məmmədli, Veysəl Rzayev, Emil Səfərov, Samir Məhərrəmli, Rüfət Əhmədov, Nemət Şıxəmirov və Rauf Məhərrəmovdur.

Komandamız bu gün oyunöncəsi sonuncu məşqinə çıxacaq.

Xatırladaq ki, UEFA Gənclər Liqasında qüvvəsini sınayacaq “Qəbələ”nin APOEL-lə ilk oyunu oktyabrın 2-də baş tutacaq. Nikosiyanın “Makarion” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş