Əsas Səhifə > Dünya idmanı > UEFA Gənclər Liqası: "Qəbələ"nin növbəti mərhələdəki rəqibi bəlli olub

UEFA Gənclər Liqası: "Qəbələ"nin növbəti mərhələdəki rəqibi bəlli olub


26-10-2023, 10:34


"Qəbələ"nin U-19 komandasının UEFA Gənclər Liqasının II mərhələsindəki rəqibi bəlli olub.

BrendSport.az
xəbər verir ki, "qırmızı-qaralar" bu raundda Yunanıstanın "Olimpiakos" klubu ilə üz-üzə gələcək.

Afina təmsilçisi İtaliyanın "Leççe" kollektivini iki oyunun (3:1, 3:1) nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, "Qəbələ" I mərhələdə Macarıstanın “Puşkaş Akademiya” komandasını üstələyib. Evdə rəqibi ilə heç-heçə (1:1) edən U-19, səfərdə minimalhesablı qələbəyə sevinib - 1:0.
Geri qayıt