DÇ-2024: Azərbaycan millisi növbəti dəfə Qazaxıstana uduzub
Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti oyununu keçirib.
BrendSport.az xəbər verir ki , A qrupunda yer alan yığma IV turda Qazaxıstanla üz-üzə gəlib.
Beş gün əvvəl Bakıda rəqibinə uduzan (2:4) Vitali Borisovun baş məşqçi olduğu komanda bu dəfə də məğlubiyyətlə üzləşib.
Astanadakı Jekpe-Jek Sarayında reallaşan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisinin heyətində Amadeu və Everton Kardoso fərqlənib. Qazaxıstan seçməsi 12 xalla qrupun lideridir. Borisovun rəhbərlik etdiyi kollektiv 3 xalla üçüncü pillədə qərarlaşıb.
Facebook-da paylaş