Azərbaycan millisi yeddi oyundan sonra beşinci pillədə yer alır
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Sumqayıtdakı “Kapital Bank Arena” stadionunda Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
BrendSport.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçisi olduğu kollektiv Fransa seçməsini qəbul edib. Görüş yığmanın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Matçda hesab ilk hissədə açılıb. 25-ci dəqiqədə Odson Eduar penaltidə fərqlənib. Birinci hissə qonaqların minimal hesablı üstünlüyü ilə başa çatıb.
Fransızlar ikinci hissədə daha bir qol vurublar. 83-cü dəqiqədə Amin Quiri komandasının üstünlüyünü 2 topa çatdırıb. Yığma 90-cı dəqiqədə Tural Bayramovun vurduğu qolla fərqi minimuma endirib - 1:2. Bu, eyni zamanda matçın yekun nəticəsi olub.
Qeyd edək ki, II qrupda yer alan Azərbaycan millisi 7 oyundan sonra 6 xalla 5-ci pillədə yer alır. Bakıdakı qələbədən sonra xallarını 15-ə çatdıran Fransa isə 2-ci sıradakı mövqeyini qoruyub. Qrupa fransızlarla eyni xalı olan İsveçrə seçməsi başçılıq edir.
Qeyd edək ki, bu qrupun digər oyunlarında Gürcüstan Lixtenşteynlə, İsveçrə isə Slovakiya ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 8-də olacaq.
Facebook-da paylaş