Azərbaycan futzal millisinin Qazaxıstanla keçirəcəyi oyunun yeri açıqlanıb
Azərbaycan futzal millisinin DÇ-2024-ün elit mərhələsində Qazaxıstanla keçirəcəyi səfər oyununun yeri və başlama saatı açıqlanıb.
BrendSport.az xəbər verir ki, görüş oktyabrın 11-də Astanadakı “Jekpe-Jek Arena”da təşkil olunacaq.
Matçın start fiti Bakı vaxtı ilə saat 18:00-da səslənəcək.
Qeyd edək ki, bu arena 2019-cü ildə istifadəyə verilib. İdman qurğusunda bir neçə idman növü üzrə beynəlxalq yarışlar və festivallar keçirilib.
Facebook-da paylaş