Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Darmian ölkəsinə dönə bilər



“Mançester Yunayted”in italiyalı müdafiəçisi Matteo Darmian karyerasını ölkəsində davam etdirə bilər. “Calciomercato” nəşri xəbər verir ki, 28 yaşlı futbolçu ilə “Yuventus” yaxından maraqlanır.

Turinlilər indidən qarşı tərəfə rəsmi təkliflə müraciət ediblər. “Qoca sinyora” bu transferi yayda rəsmiləşdirmək niyyətindədi. Darmian özü də yenidən A seriyasında çıxış etmək istəyir. Üstəlik, “Mançester Yunayted” rəhbərliyi də Matteonu buraxmağa qarşı deyil. Sadəcə, bunun üçün Darmianı istəyən klub 10 milyon avrosundan keçməlidi.

Qeyd edək ki, əvvəllər “Milan”, “Palermo” və “Torino” klublarında da oynamış Matteo Darmian 2015-ci ildən “Mançester Yunayted”in formasını geyinir. O, “mankunianlar”ın heyətində Premyer Liqanın cari mövsümündə cəmi 4 matçda meydana çıxıb.


Facebook-da paylaş

Xəbəri paylaş