Konfrans Liqası: "Neftçi"nin səfərdəki oyununun hakimlərindən biri dəyişib
"Neftçi"nin Bosniya və Herseqovinada "Jelezniçar"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun hakimlərindən biri dəyişib.
BrendSport.az xəbər verir ki , estoniyalı laynsman Veyko Mıtsnik bu görüşdə iş başında ola bilməyəcək.
Onu digər yan xətt hakimi Neeme Neemlayd əvəzləyəcək. Bunun hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil. Matçı estoniyalı FIFA referisi Yuri Frişer idarə edəcək.
Qeyd edək ki, iyulun 27-də “Qrbavitsa” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra gerçəkləşəcək.
Facebook-da paylaş