Futzal üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə açıqlanıb
Futzal üzrə dünya çempionatının final mərhələsinin keçiriləcəyi ölkə müəyyənləşib.
BrendSport.az xəbər verir ki, 2024-cü ildə sayca 10-cü dəfə təşkil olunacaq mundiala Özbəkistan evsahibliyi edəcək.
Bununla bağlı qərarı FIFA qəbul edib. 24 komandanın iştirak edəcəyi final mərhələsinin matçları sentyabrın 14-dən oktyabrın 6-dək keçiriləcək.
Qeyd edək ki, Avropanın 7 ölkəsi dünya çempionatında iştirak edəcək. Sentyabr, oktyabr və dekabr aylarında qitə üzrə elit-raund mərhələsinin matçları keçiriləcək.
Azərbaycan millisi A qrupunda Qazaxıstan, Rumıniya və Niderlandla mübarizə aparacaq. Qrup lideri birbaşa final mərhələsinə yollanacaq. İkinci pilləni tutmuş komandalardan ən yaxşı göstəriciyə malik dördü isə pley-offda qarşılaşacaq. Qalib gələn 2 yığma final mərhələsində oynamaq hüququ qazanacaq.
Facebook-da paylaş