Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şahmatçımız Gülnar Məmmədova Özbəkistanda beynəlxalq turnirdə mübarizə aparır

Şahmatçımız Gülnar Məmmədova Özbəkistanda beynəlxalq turnirdə mübarizə aparır

Özbəkistanın paytaxtı Daşkənddə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan beynəlxalq şahmat turniri keçirilir.

BrendSport.az
xəbər verir ki, yarışda 10 ölkədən 111 şahmatçı mübarizə aparır. Turnirdə ölkəmizi Gülnar Məmmədova təmsil edir. Üç turdan sonra aktivində 3 xal olan Valentina Qunina turnir cədvəlinə başçılıq edir.

Şahmatçımız Gülnar Məmmədova 2,5 xalla 3-9-cu yerləri bölüşdürür.

Doqquz turdan ibarət turnirin ümumi mükafat fondu 50 min ABŞ dollarıdır.

Qeyd edək ki, yarışın baş hakimi həmyerlimiz İlahə Qədimovadır.


Facebook-da paylaş

Xəbəri paylaş