Əsas Səhifə > Digər > Şahmatçımız Gülnar Məmmədova Özbəkistanda beynəlxalq turnirdə mübarizə aparır
Şahmatçımız Gülnar Məmmədova Özbəkistanda beynəlxalq turnirdə mübarizə aparır9-03-2023, 08:10 |
Özbəkistanın paytaxtı Daşkənddə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan beynəlxalq şahmat turniri keçirilir. BrendSport.az xəbər verir ki, yarışda 10 ölkədən 111 şahmatçı mübarizə aparır. Turnirdə ölkəmizi Gülnar Məmmədova təmsil edir. Üç turdan sonra aktivində 3 xal olan Valentina Qunina turnir cədvəlinə başçılıq edir. Şahmatçımız Gülnar Məmmədova 2,5 xalla 3-9-cu yerləri bölüşdürür. Doqquz turdan ibarət turnirin ümumi mükafat fondu 50 min ABŞ dollarıdır. Qeyd edək ki, yarışın baş hakimi həmyerlimiz İlahə Qədimovadır. Geri qayıt |