Təbrizin “Traktor” klubu Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu pisləyib
Təbrizin “Traktor” futbol klubu Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu pisləyib.
BrendSport.az xəbər verir ki, klub bununla bağlı rəsmi tviter səhifəsində paylaşım edim. Paylaşımda deyilir: “Qardaş ağrısını sadəcə, qardaş çəkər. Tehranda Azərbaycan səfirliyinə terror hücumunu qəti şəkildə qınayırıq. Terrora son!”
Qeyd edək ki, Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı bir nəfər həlak olub, iki nəfər yaralanıb. Həlak olan əməkdaş səfirliyin mühafizə xidmətinin rəisidir. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Facebook-da paylaş