Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanlı mütəxəssis IBSA-nın cüdo üzrə yeni idarə heyətində yer alıb

Azərbaycanlı mütəxəssis IBSA-nın cüdo üzrə yeni idarə heyətində yer alıb


Beynəlxalq Görmə Məhdudiyyətli Şəxslərin İdman Assosiasiyasının (IBSA) cüdo üzrə idarə heyətinin yeni tərkibi təsdiqlənib.

BrendSport.az
xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə nailiyyətlərini, Asiya və Avropa regionu üzrə nüfuzunu nəzərə alaraq, yeni heyətdə Avropa üzrə koordinator vəzifəsi “Neftçi” idman klubunun baş meneceri Elmar Babanlıya həvalə edilib.
IBSA-nın vitse-prezidenti İlqar Rəhimov cüdo komitəsinin yeni tərkibinə məktub ünvanlayaraq uğurlar arzulayıb və E.Babanlıyla göstərilmiş etimada görə təşəkkürünü bildirib.
Daha sonra E.Babanlı ilə görüşən İ.Rəhimov ona tövsiyələrini verib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğının təzahürü olaraq ölkəmizin idman xadimləri beynəlxalq təşkilatların rəhbər heyətlərində təmsil olunur, idmanın inkişafında mühüm rol oynayırlar.


Facebook-da paylaş

Xəbəri paylaş