Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Nədənsə elə bil futbolçularımız axıra qədər oynaya bilmirlər"



Sahil Həsənov 2004-cü ildə Şamaxı rayonundan anadan olub. Artıq 5 ildi ki, Şamaxı Olimpiya Mərkəzində Ceyhun müəllimin rəhbərliyi altında futbolla məşğul olur və hücumçu ampluasında oynayır.

BrendSport.az saytı xəbər verir ki, Sahil Sumqayit şəhərində təşkil olunmuş "Novruz" kubokunun mükafatçısıdır. Bakıda təşkil olunan "Sünbül" yarışında Sahilin çıxış elədiyi komanda II yerə layiq görülüb.

Ağsu rayonunda keçirilən zona çempionatının mükafatçısıdır. Sahil futbola bağlılığından ağızdolusu danışır. Yuxarıda da qeyd elədiyimiz oyunların hamısında rəqib qapılarına qol vurub. Ən çox sevdiyi futbolçular Kriştiano Ronaldo və millimizin oyunçusu Rəşad Sadıqovdur.

- Gələcəkdə peşəkar futbolçu olmaq istiyərdinmi?

- Bəli. Amma çox istəyərdim ki, xariçi klublarda oynayım. Bizdə futbol hələ də çox inkşaf etməyib. Klublarımızın və milli komandımızın oyunlarına baxıram. Nədənsə elə bil futbolçularımız axıra qədər oynaya bilmirlər. Ancaq "Qarabağ"ın qələbələri azarkeşləri, eləcə də məni sevindirdi. Amma bizim azarkeşlər əladı, həmişə komandalarımıza dəstək olurlar.

- Bəs uşaq futbolumuz barədə nə bilirsən?

- Bilirsiniz, uşaq da gördüyünü götürür. Uşaqlara yaxşı məşq keçilməlidir ki, onlar da səviyyəli komandalarda oynamaq gücünə gəlsinlər.

- Komandalara secimlər olur. Özünü yoxlamısam?

- Yox. İstəməzdim də. Nədənsə mən də bir inanmsızlıq var belə şeylərə. Amma gələcəkdə hər şey ola biıər.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi


Facebook-da paylaş

Xəbəri paylaş