Nurməhəmmədovun meneceri onun karyerasını bitirməsi xəbərinə reaksiya verib
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun meneceri Əli Əbdül-Əziz idmançının karyerasını tezliklə bitirə biləcəyi barədə məlumatlara münasibət bildirib.
BrendSport.az xəbər verir ki, bu barədə o, özünün “Twitter”dəki səhifəsində bildirib.
"Rusiyanın bəzi KİV-ləri guya mənim Həbibin karyerasını bitirdiyini dediyimi yazıblar. Bu ağ yalandır. Həbib atasının ölümünə kədərlənir. İstəyirəm ki, hamı bu vəziyyətə hörmətlə yanaşsın və yanlış xəbərlər verməsin”, - Əbdül-Əziz “Twitter”dəki hesabında yazıb.
Qeyd edək ki, Rusiya mediasında Həbib Nurməhəmmədovun atasının ölümünə görə karyerasını bitirə biləcəyi barədə məlumatlar yayılıb. Döyüşçünün atası Abdulmanap Nurməhəmmədov 3 iyulda koronavirus infeksiyasından ölüb.
Facebook-da paylaş