Güləş üzrə Quba rayon birinciliyi keçirilib

08-09 dekabr 2018-ci il tarixlərdə Quba rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Şahdağ” Quba idman klubunun güləş zalında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yunan roma güləşi üzrə 2005-2006 və 2007-2008-ci il təvəllüdlü idmançılar arasında rayon birinciliyi keçirilib.
Yarışda 70-dən çox idmançı iştirak edib.
Qalib idmançılar Quba rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi diplom və müvafiq medallarla ilə təltif ediliblər.
Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi




Facebook-da paylaş
