Mustafa Cengiz yenə cəzalandırıldı
Türkiyə Futbol Federasiyası "Qalatasaray" klubunun prezidenti Mustafa Cengizi növbəti dəfə cəzalandırıb. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Buna səbəb kimi M.Cengizin klubun rəsmi saytına idmana yaraşmayan açıqlamalar verməsi göstərilib.
İstanbul təmsilçisinin prezidenti daha 45 gün hüquqlarından məhrum edilib. Həmçinin 30 min lirə məbləğində cərimələnib.
"Qalatasaray" klubu isə qeyri-etik açıqlamalar yayması səbəbindən 100 min lirə ödəməli olacaq. Federasiya bundan əvvəl kluba eyni səbəbə görə 135 min lirə məbləğində pul cəzası kəsib.
Qeyd edək ki, M.Cengiz daha öncə Federasiya tərəfindən 60 gün hüquqlarından məhrum edilib və 40 min lirəlik cərimə olunub. Bununla da onun cəzası 105 günə çatıb.
Facebook-da paylaş