Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Uotford”dan PSJ-yə 60 milyonluq təklif

“Uotford”dan PSJ-yə 60 milyonluq təklif

Qonsalu Qedeş PSJ-dən ayrıla bilər. Xarici KİV-nin yaydığı xəbərə görə, “Uotford” portuqaliyalı yarımmüdafiəçini heyətində görmək istəyir. İngiltərə təmsilçisi 21 yaşlı futbolçu üçün 60 milyon avro ödəməyə hazırdı.

Qedeş ötən mövsüm olduğu kimi, bu mövsüm də icarə əsasında “Valensiya”da çıxış etmək istəyirdi. Lakin PSJ rəhbərliyi onu satmağı planlaşdırır.

Qeyd edək ki, Paris klubu daha əvvəl gənc yarımmüdafiəçinin satışından 80 milyon avro qazanmağı planlaşdırırdı.


Facebook-da paylaş

Xəbəri paylaş