Qomeş "Barselona"dan ayrılır
“Barselona”nın yarımmüdafiəçisi Andre Qomeş komandadan ayrılmağa yaxındı. “Diario Sport”un məlumatına görə, portuqaliyalı oyunçunun adı ABŞ-a mövsüm öncəsi hazırlıqlar üçün aparılacaq heyətdə yer almayıb.
“Barselona”nın 20 milyon avro tələb etdiyi Qomeşin xidmətində “Arsenal” və “Yuventus” maraqlıdı. Lakin sözügedən klublar maksimum 18 milyon avro ödəməyə hazırdılar.
Facebook-da paylaş