Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Keytanın qiyməti dəqiqləşib



Avropa Liqalarında mövsüm, demək olar ki, başa çatıb. Çempionlar Liqasında final oynayacaq "Liverpul" isə bir neçə ay öncə müqavilə imzaladığı Nəbi Keytanın yolunu gözləyir.

Transfer ötən il rəsmiləşsə də, onun məbləği "Leipzig"in Bundesliqada tutduğu yerdən asılı olaraq müəyyənləşdiriləcəkdi.

Klub 6-cı yeri tutduğundan "qırmızılar"ın transferə 52.75 milyon funt xərci çıxacaq. "Leipzig" Çempionlar Liqasına vəsiqə qazansaydı, transferə 59 milyon avro sərf olunardı.

Turnir cədvəlində 7 və daha aşağı yer transfer qiymətini 49 milyon funta endirərdi.


Facebook-da paylaş

Xəbəri paylaş