"İdman sağlamlığın rəhnidir"
Şamaxı rayonu, Sabir qəsəbəsi, Alxan Alxanov adına tam orta məktəbində Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru, oftalmoloq Zərifə Əliyevanın 95 illiyinə həsr edilmiş "İdman sağlamlığın rəhnidir" adlı yubiley tədbiri keçirilmişdir.
Tədbiri məktəbin direktoru Gülnur Babaşova açıb və Zərifə xanımın həyat və fəaliyyətinə dair tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbirdə məktəbin özfəaliyyət bölmələri, xüsusi olaraq taekvondo bölməsi nümunəvi çıxışı ilə yadda qalıb. Sonda respublikadaxili taekvondo idman yarışlarında fərqləndiklərinə görə 10 şağird və bir məşqçi təltif olunub.
Qeyd edək ki, qonaqlar arasında Şamaxı Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov, Sabir qəsəbəsi üzrə icra nümayəndəsi Ramiz müəllim, "Şəffaflıq" qəzetinin təsisçi və baş redaktoru Vahid İsmayılov da iştirak ediblər.
Alxas Məmmədov
Facebook-da paylaş