Taekvondoçularımız Dohada 5 medal qazanıblar
Taekvondo üzrə Azərbaycan milli komandası Dohada keçirilən Qətər açıq çempionatını 5 medalla başa vurub.
BrəndSport.az xəbər verir ki, İdmançılarımız G1 kateqoriyalı yarışda 1 gümüş və 4 bürünc mükafata sahib olublar.
Taekvondoçularımızdan yalnız finalda məğlub olan Cavad Ağayev (74 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Həmidreza Badrialiabadi (+87 kq) və Səmərrux Osmanova (53 kq) isə bürünc medala yiyələniblər.
Facebook-da paylaş