Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Azərreyl”in kapitanı: Ukrayna klubu ilə matçlarda bizi yalnız qələbə qane edəcək



“Yeni mövsümün hazırlığına artıq 1 aydan çoxdur başlamışıq. Həftənin üç günü hazırlıq keçirik. İlk iki həftə qum üzərində məşqlərimiz oldu”.

BrendSport.az
xəbər verir ki, bu sözləri “Azərreyl”in kapitanı Aynur İmanova Çağırış Kubokunun 1/32 final mərhələsində Ukraynanın “Balta” kollektivinə qarşı keçirəcəkləri matçlara hazırlıqla bağlı klubun rəsmi saytına açıqlamasında deyib.

35 yaşlı voleybolçu yerli klublarla birgə təlim-məşq toplanışlarının və yoxlama oyunlarının komandaya faydalı olduğunu bildirib: “Bizə yeni qoşulan oyunçular bir neçə xarici klubun şərəfini qoruyub, müxtəlif səviyyəli turnirlərdə mübarizə aparıblar. Bu səbəbdən də onların adaptasiyası çətin olmadı. Komandada hamı peşəkardır. Yeni baş məşqçimizin tətbiq etdiyi sistemi də asanlıqla yerinə yetiririk. Düzdür, gənc oyunçularımız da var, əksəriyyəti azərbaycanlıdır. Onlar da məşqçinin dediklərini yerinə yetirməyə çalışırlar. Nəyisə başa düşməyəndə isə biz kömək edirik”.

Kapitanın sözlərinə görə, “Balta” klubu ilə görüşlərdə komandasını yalnız qələbə qane edəcək: “Başqa fikir ağlımızdan belə keçmir. Azarkeşlərə yaxşı oyun nümayiş etdirmək də əsas hədəfimizdir. Hər iki matçın Bakıda olması bizim üçün yaxşıdır. Həm öz meydanımızda, həm də yerli azarkeşlərimiz qarşısında oynayacağıq. Harada oynasaq belə, 9 metrlik meydana çıxırıqsa yaxşı oyun göstərib, qalib gəlmək lazımdır. İnanıram ki, biz də bunu edəcəyik. Komandama uğurlar arzulayıram”.

Qeyd edək ki, “Azərreyl” və “Balta” komandaları arasında ilk oyun oktyabrın 17-də, ikinci qarşılaşma isə bir gün sonra keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş