Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Sebastian Fettel Formula 1 çempionatına “Audi” ilə qayıdacaq?

Sebastian Fettel Formula 1 çempionatına “Audi” ilə qayıdacaq?




2026-cı ildən “Audi”nin zavod layihəsinə çevriləcək “Alfa Romeo-Sauber” komandasının rəhbərliyi Sebastian Fetteli Formula 1 çempionatına qaytarmaq niyyətindədir.
BrendSport.az xəbər verir ki, bu barədə İsveçrənin “Blick” qəzeti məlumat yayıb. Bu nəşr Hinvildən olan kollektivdə baş verənlərdən bir qayda olaraq, həmişə yaxşı xəbərdardır.
Dördqat dünya çempionunun dəvətində layihənin başçısı Andreas Zaydl çox maraqlıdır. Almaniyalı menecer üçün Fettelin dəvəti hazırda başlıca məsələdir. Düzdür, hələ məlum deyil ki, Fettel özü geri dönmək istəyir ya yox. Çünki 2026-cı ildə onun 39 yaşı olacaq.
“Blick”in məlumatına görə, əgər “Red Bull Racing” və “Ferrari”nin sabiq pilotu ilə bu variant alınmasa, o halda “Audi” Karlos Saynsla müqavilə imzalamağa səy göstərəcək. İspaniyalının xeyrinə azı iki arqument var. O, Zaydl ilə “McLaren”dən tanışdır, onun atası isə ralli-reydlərdə “Audi” uğrunda çıxış edir. Həm də kiçik Saynsın adı alman markasının komandasına namizədlərdən biri kimi artıq ilk dəfə deyil ki, çəkilir.


Facebook-da paylaş

Xəbəri paylaş