Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Marqarita Mamzina: Azərbaycan gimnastlarını artistizm bacarıqları və xalçadakı nümunəvi çıxışları fərqləndirir

Marqarita Mamzina: Azərbaycan gimnastlarını artistizm bacarıqları və xalçadakı nümunəvi çıxışları fərqləndirir


Milli Gimnastika Arenası çox gözəldir. Deyərdim ki, bu, dünyanın ən möhtəşəm idman qurğusudur.
BrendSport.az xəbər verir ki, bu sözləri Bakıda təlim-məşq toplanışında olan ABŞ-ın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının baş məşqçisi Marqarita Mamzina deyib.
Arenada çoxlu sayda xalçanın olduğunu deyən baş məşqçi bildirib ki, burada gimnastikanı peşəkar səviyyədə inkişaf etdirmək üçün hər cür şərait mövcuddur. Azərbaycan gimnastlarını artistizm bacarıqları və xalçadakı nümunəvi çıxışları fərqləndirir. Onların çıxışlarını çox bəyənirəm.
“Bu, mənim Bakıya ilk səfərim deyil. Burada olmaq hər zaman xoşdur. Mən Çikaqoda yaşayıram. Orada hava sərt olur. Burada isə hava şəraiti mülayim və günəşlidir. Gəzmək üçün çox əlverişlidir. Bir sözlə, Bakı şəhərini xoşlayıram”, - deyə baş məşqçi əlavə edib.


Facebook-da paylaş

Xəbəri paylaş