Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qadın güləşçimiz Jalə Əliyeva Avropa çempionatının finalına vəsiqə qazanıb

Qadın güləşçimiz Jalə Əliyeva Avropa çempionatının finalına vəsiqə qazanıb
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.

BrendSport.az
xəbər verir ki, çempionatın dördüncü günündə daha 5 qadın güləşçimiz mübarizəyə qoşulub.
Türkan Nəsirova (53 kq) təsnifat mərhələsində Mariya Spirkovskaya (Şimali Makedoniya) tam üstünlüklə qalib gəlib - 10:0. Həmyerlimiz dörddəbir finalda ispaniyalı Marina Floresdən də güclü olub - 12:5. T.Nəsirova yarımfinalda isveçli Avropa çempionu Emma Malmqrenə uduzub. Güləşçimiz bürünc medal uğrunda türk Zeynep Yetgillə güləşəcək.
Mübarizəyə dörddəbir finaldan qoşulan Jalə Əliyeva (57 kq) almaniyalı Elena Brüggerə 6:3 hesabı ilə qalib gəlib. J.Əliyeva yarımfinalda polşalı Yovita Vrjeşeni də 2:0 hesabı ilə üstələyərək debüt etdiyi Avropa çempionatının finalına yüksəlib. Təmsilçimiz həlledici görüşdə ukraynalı Alina Akobya ilə qarşılaşacaq.
Birgül Soltanova (62 kq) təsnifat mərhələsində estoniyalı Viktoriya Vessoya məğlub olub.
Elis Manolova (65 kq) mübarizəyə dörddəbir finaldan qoşulub və rumıniyalı İrina Rinqaciyə uduzub. Rəqib finala yüksəldiyi üçün E.Manolova təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Onu fransalı Kendra Daçerlə qarşılaşma gözləyir.
Nigar Mirzəzadə (72 kq) təsnifat mərhələsində ukraynalı Lyudmila Tiçinaya müqavimət göstərə bilməyib - 0:10.
Bu çəki dərəcələrində təsəlliverici və medal görüşləri aprelin 21-də keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş