Reklam

VİDEO Bütün Xəbərlər

"OBA" MARKETLƏR ŞƏBƏKƏSİ ARTIQ XANKƏNDİNDƏ!

"OBA" MARKETLƏR ŞƏBƏKƏSİ ARTIQ XANKƏNDİNDƏ



Güləşçimiz Mariya Stadnik doqquzuncu dəfə Avropa çempionatının finalına yüksəlib

Güləşçimiz Mariya Stadnik doqquzuncu dəfə Avropa çempionatının finalına yüksəlib

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.

BrendSport.az
xəbər verir ki, çempioantın üçüncü yarış günündə qadın güləşi üzrə mübarizəyə start verilib.
Titullu güləşçimiz Mariya Stadnik (50 kq) təsnifat mərhələsində türk Evin Demirhana tam üstünlüklə qalib gəlib - 14:4. Millimizin lideri fransalı Jüli Sabatyeni 9:3 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. M.Stadnik final yolunda polşalı Ana Lukasyakla güləşib və inamlı qələbə (9:0) qazanaraq doqquzuncu dəfə Avropa çempionatının finalına yüksəlib. Səkkizqat Avropa çempionumuz həlledici görüşdə ukraynalı Oksana Livaçla qarşılaşacaq.
Elnurə Məmmədova (55 kq) təsnifat mərhələsində litvalı Laura Staneliteni vaxtından əvvəl üstələyib - 13:3. Həmyerlimiz dörddəbir finalda rumıniyalı Avropa çempionu Andrea Ana ilə qarşılaşıb və güclü rəqibinə müqavimət göstərə bilməyib - 0:11. Rəqib finala yüksəldiyi üçün E.Məmmədova üçüncü yer uğrunda güləşmək hüququ qazanıb. Güləşçimiz polşalı Katarjina Kravçiklə üz-üzə gələcək.
Mübarizəyə dörddəbir finaldan qoşulan Alyona Kolesnik (59 kq) italiyalı Morena de Vitanı tam üstünlüklə məğlub edib. A.Kolesnik yarımfinalda ukraynalı dünya və Avropa çempionu Yuliya Tkaça müqavimət göstərə bilməyib - 0:10. Təmsilçimiz bürünc medal uğrunda almaniyalı Sandra Paruşevskiylə güləşəcək.
Qeyd edək ki, medal görüşləri aprelin 20-də Bakı vaxtı ilə 20:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş