Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan güləşçisi Elnurə Məmmədova Avropa çempionatının finalına yüksəlib

Azərbaycan güləşçisi Elnurə Məmmədova Avropa çempionatının finalına yüksəlib


Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.
BrendSport.az xəbər verir ki, üçüncü yarış günündə - martın 9-da qadınlardan ibarət millimizin 3 üzvü mübarizəyə qoşulub.
Şəhanə Nəzərova (50 kq) dörddəbir finalda Şimali Makedoniya təmsilçisi Mariya Spirkovskaya elə ilk hissədə tam üstünlüklə qalib gəlib - 13:2. Həmyerlimiz yarımfinalda macarıstanlı Şimonetta Şekerlə qarşılaşıb və məğlubiyyətdən qaça bilməyib - 0:8. Ş.Nəzərova bürünc medal üçün güləşəcək. Rəqib Liza Ersel (Almaniya) - Mariya Leorda (Moldova) görüşünün qalibi olacaq.
Elnurə Məmmədova (55 kq) dörddəbir finalda slovakiyalı Mariya Martinçuku məğlub etməkdə çətinlik çəkməyib - 10:3. Güləşçimiz yarımfinalda moldovalı Mixaela Samoilə də heç bir şans tanımayıb - 11:4. Beləliklə, finala yüksələn E.Məmmədova rumıniyalı Andrea Beatriçe Ana ilə həlledici qarşılaşmaya çıxacaq.

Nigar Mirzəzadə (68 kq) dörddəbir finalda slovakiyalı Olqa Maslovskanı üstələyib - 4:1. Millimizin üzvü yarımfinalda 23 yaşadək güləşçilər arasında dünya üçüncüsü olmuş Aslı Demirlə üz-üzə gəlib. Türkiyə güləşçisi bu mübarizədən qalib ayrılıb - 6:0. Təmsilçimiz bürünc medal uğrunda qarşılaşmada Karolina Kozlovska (Polşa) - Marta Navarro (İspaniya) görüşünün qalibi ilə güləşəcək.

Qeyd edək ki, bu çəki dərəcələrində medal görüşləri martın 10-da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş