Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qadın güləşçimiz Alyona Kolesnik Rusiyada beynəlxalq turnirin finalına yüksəlib

Qadın güləşçimiz Alyona Kolesnik Rusiyada beynəlxalq turnirin finalına yüksəlib


Bu gün Rusiyanın Krasnoyarsk şəhərində ikiqat Olimpiya çempionu İvan Yarıginin xatirə turniri start götürüb.
BrendSport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, ilk yarış günündə qadınlardan ibarət millimizin 2 üzvü xalça üzərinə çıxıb.
Şəhanə Nəzərova (50 kq) ilk görüşdə rusiyalı Darima Sanjeyevaya minimal fərqlə uduzub - 2:3. Digər güləşçimiz Alyona Kolesnik (59 kq) startda rusiyalı Yuliya Artışkoya “tuşe” ilə qalib gəlib. Yığmamızın təcrübəli üzvü dörddəbir finalda Monqolustan təmsilçisi Şovdur Baatarjavı sonuncu xal prinsipinə əsasən (6:6) üstələyərək yarımfinala yüksəlib. Kolesnik yarımfinalda da Rusiya nümayəndəsi ilə qarşılaşıb. Yuliya Alborova üzərində tam üstünlüklə qələbə (14:1) qazanan Alyona adını finala yazdırıb.
Qeyd edək ki, təmsilçimiz yanvarın 28-də həlledici görüşdə rusiyalı Jarqalma Tsırenova ilə qarşılaşacaq.


Facebook-da paylaş

Xəbəri paylaş