Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Güləşçimiz Birgül Soltanova Avropa çempionatının finalında

 Güləşçimiz Birgül Soltanova Avropa çempionatının finalında

Rumıniyanın Buxarest şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

BrendSport.az
xəbər verir ki, mübarizəyə 1/4 finaldan qoşulan Gültəkin Şirinova (53 kq) italiyalı Mariya Feroneni “tuş”la yarışdan kənarlaşdırsa da, yarımfinalda türkiyəli Zeynep Yetgillə bacarmayıb - 0:5. G.Şirinova bürünc medal uğrunda güləşəcək. O, Mariana Draqutan (Moldova) - Çadia Ayaçi (Fransa) qarşılaşmasının qalibiylə mübarizə aparacaq.
Jalə Əliyeva (57 kq) ilk mərhələdə ukraynalı Aleksandra Xomenetsə müqavimət göstərə bilməyib - 2:13. J.Əliyeva sabah təsəlliverici görüşdə Bolqarıstan təmsilçisi Nazife Tairlə güləşəcək.
Birgül Soltanova (65 kq) təsnifat mərhələsində bolqarıstanlı Gergana Stoyanovaya 3:0 hesabıyla qalib gəlib. Millimizin üzvü daha sonra yunanıstanlı Drosula Tzianakopulonu "tuş"la məyus edərək adını yarımfinala yazdırıb. B.Soltanova bu mərhələdə fransalı İris Tiboksdan güclü olub - 6:3. Birgül sabah finalda rumıniyalı Amina Kapezanla qarşılaşacaq.


Facebook-da paylaş

Xəbəri paylaş