Formula 1 Azərbaycan Qran-Prisini azarkeşlərin sevimlisinə çevirən 7 səbəb
BrendSport.az xəbər verir ki, 2016-cı ildən bəri Formula 1 təqvimində yer alan Bakı şəhər halqası gözlənilməz nəticələri və yüksək sürəti ilə avtoidman həvəskarlarının sevimlisinə çevrilib. İstər yaxın finişlər, sürpriz podiumlar və ya trekdə baş verən insidentlər, istərsə də Bakı trekində təkrar qalibin olmaması ilə Azərbaycan Qran-Prisi F-1 tarixinə şübhəsiz ki, öz damğasını vurub.
Sebastyan Fettelin təhlükəsizlik maşınının arxasında Luis Hamilton ilə toqquşmasını kim unuda bilər? Bəs iki “Red Bull Racing” sürücüsünün 2018-ci ildə bir-birini yarışdan kənara qoyması necə? Və ya 2021-ci ildə Hamiltonun iki dövrəli restartda ona mövsümün sonunda baha başa gələn səhvi?
Paytaxtımızın artıq yeddinci dəfə Formula 1 yarışına ev sahibliyi etməyinə bir aydan az müddət qalmış bu yarışı təqvimin digər yarışlarından fərqləndirən cəhətlərinə nəzər saldıq və Azərbaycan Qran-Prisinin Formula 1 azarkeşləri arasında bu qədər populyar olmasının yeddi əsas səbəbini tapdıq.
Facebook-da paylaş