"Qarabağ" Antalyada ilk yoxlama oyununda məğlub olub
![](/uploads/posts/2023-01/medium/1673642187_fb_img_16736421326935945.jpg)
Antalyada təlim-məşq toplanışında olan Ağdamın "Qarabağ" futbol klubu ilk yoxlama oyununda məğlub olub.
BrendSport.az xəbər verir ki, Ağdam təmsilçisi Polşanın "Rakuv" klubu ilə qarşılaşıb. Matç rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ"ın yeni transferi Adama Diakabi Ağdam təmsilçisində debüt edib. Fransalı hücumçu 2-ci hissədə 25 nömrəli forma ilə meydana çıxıb.
Qeyd edək ki, Azərbaycan çempionu Antalyada daha iki yoxlama matçı keçirəcək. Ağdam klubu yanvarın 18-də Serbiyanın "Çukariçki" və Polşanın "Poqon" komandaları ilə üz-üzə gələcək.
Facebook-da paylaş
![](http://tedbirler.az/ted1-660.gif)