Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Monreal bələdiyyə başçısı Formula 1 Kanada Qran-Prisinin keçirilməsini istəyir



BrendSport.az xəbər verir ki, V.Plant bununla bağlı fikirlərini “Le Telejournal” proqramında bildirib.

O qeyd edib ki, problem şəhərin yarışı qəbul etmək istəməməsində deyil: “Söhbət Monreal əhalisinin sağlamlığından gedir. Tibb işçiləri Qran-Prinin keçirilməsini yaxşı ideya hesab etmirlər. Ancaq danışıqları davam etdiririk. Bu bizim üçün vacibdir”.

Bələdiyyə başçısı müqavilə öhdəliklərinə əməl edilməyəcəyi təqdirdə, ciddi cərimənin nəzərdə tutulduğunu bildirib.

Kanada mərhələsinin Azərbaycan Qran-Prisindən bir həftə sonra, yəni iyunun 13-də təşkili nəzərdə tutulub. Lakin Kanadanın Səhiyyə Nazirliyi koronavirus pandemiyası ilə bağlı hətta Monrealda azarkeşsiz keçiriləcək yarışın belə təhlükəli olduğunu nəzərə alaraq onun bu mövsüm ləğvi ilə əlaqədar qərar qəbul edib. Formula 1 rəhbərliyi isə təşkilatçılara 1300 nəfər personalın cəmiyyətdən təcrid olunma şərti ilə yarışı keçirməyin mümkün olduğunu bildirmişdi. Amma kanadalılar risk etməmək qərarına gəliblər.

Xatırladaq ki, 1961-ci ildən keçirilən Kanada Qran-Prisi ötən mövsüm də eyni səbəbdən ləğv edilmişdi.


Facebook-da paylaş

Xəbəri paylaş